Mixeil Sarcveladze bildirir ki, xərçəng xəstəliyi olan pasiyentlər artıq aptek şəbəkələrindən dərmanları klinikaya özləri gətirməli olmayacaqlar, prosedura gedən pasiyentlər dərmanları müəssisədə alacaqlar
Mixeil Sarcveladze bildirir ki, xərçəng xəstəliyi olan pasiyentlər artıq aptek şəbəkələrindən dərmanları klinikaya özləri gətirməli olmayacaqlar, prosedura gedən pasiyentlər dərmanları müəssisədə alacaqlar

 
Səhiyyə Nazirliyində xərçəng xəstəlikləri olan pasiyentlər və pasiyent təşkilatlarının nümayəndələrinin iştirakı ilə növbəti işçi görüşü keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata əsasən, Mixeil Sarcveladze onlara müxtəlif müalicə üsulları üçün lazım olan dərman vasitələrinin verilməsi qaydasının yeni layihəsini təqdim edib, layihəyə əsasən dərmanlar birbaşa tibb müəssisələrində əlçatan olacaq.

Nazirin sözlərinə görə, benefisiarlar artıq aptek şəbəkələrindən dərmanları klinikaya özləri gətirməli olmayacaqlar, prosedura gedən hər pasiyent dərmanları müəssisədə alacaq.

Səhiyyə nazirinin qeyd etdiyi kimi, dəyişikliyin məqsədi ölkədə xərçəng xəstəliyinin müalicəsini daha əlçatan etməkdir. Pasiyentlər, sözügedən təşəbbüsün onların gündəlik həyatını və müalicə prosesinin özünü xeyli yaxşılaşdıracağını bildirirlər.

Görüşdə xərçəngin müalicəsi ilə bağlı başqa istiqamətləri də müzakirə ediblər – tərəflər xidmətlərin maksimum əlçatanlığının təmin edilməsi üçün mühüm məsələləri müzakirə ediblər və öz fikirlərini bir-biri ilə bölüşüblər. Görüşdə səhiyyə nazirinin birinci müavini Tamar Qabunia, nazir müavini Tea Qiorqadze, nazirliyin digər idarələrinin və pasiyent təşkilatlarının nümayəndələri iştirak ediblər.