Səhiyyə naziri Mixeil Sarcveladze Batumi Respublika Xəstəxanasında olub.
Mixeil Sarcveladze birinci müavin Tamar Qabunia ilə birlikdə tibb müəssisəsindəki mövcud vəziyyətlə tanış olub. Mixeil Sarcveladze klinikanın rəhbər şəxsləri və həkimləri ilə tibb müəssisəsinin ehtiyaclarını müzakirə edib.
Görüşdə klinikanın xidmətlərinin daha da təkmilləşdirilməsi imkanları və gələcək inkişaf planları müzakirə olunub.
Mixeil Sarcveladzenin sözlərinə görə, Nazirlik klinika ilə birlikdə xidmət standartlarının təkmilləşdirilməsi üzərində fəal işləyir.
Batumi Respublika Xəstəxanası 180 çarpayıya malikdir və Acara bölgəsinin əhalisinə çoxşaxəli tibbi xidmət göstərir.
Klinikada 95 xəstəyə xidmət göstərən dializ mərkəzi fəaliyyət göstərir. Batumi Respublika Xəstəxanası 2023-cü ilin payızında ölkədə istifadəyə verilmiş reanimasiya və cərrahiyyə xidmətlərinin standartlarına cavab verən ilk xəstəxanalardan biri olub.
Batumi Respublika Xəstəxanasında Acara Muxtar Respublikasının səhiyyə və sosial müdafiə naziri Nino Nijaradze və Gürcüstanın “Medical Holding”in direktor vəzifəsinin icraçısı Lado Şelia da olub.
Məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidməti yayır.