Mixeil Sarcveladze Azərbaycanın səhiyyə naziri Teymur Musayevlə görüşüb
Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlər, əmək, səhiyyə və əhalinin sosial müdafiəsi naziri Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevlə görüşüb. İkitərəfli görüş Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransı çərçivəsində baş tutub.
Tərəflər iki ölkə arasında mövcud tərəfdaşlıq və ortaq layihələrdən danışıblar. Cari səhiyyə proqramlarını müzakirə ediblər. Həmçinin, birgə gələcək planları müzakirə ediblər.
Mixeil Sarcveladzenin bildirdiyinə görə, görüşdə həm Gürcüstan, həm də Azərbaycan üçün vacib olan ikitərəfli əməkdaşlığın rəsmiləşdirilməsi və dərinləşdirilməsi üzrə praktiki addımlar barədə razılığa gəliblər. İkitərəfli görüşdə Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze də iştirak edirdi.
Mixeil Sarcveladze Azərbaycanın paytaxtında rəsmi səfərdədir və BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransında iştirak edir, o, hökumətin səhiyyə və əmək sahəsində baxışları və cari proqramları barədə danışacaq. Konfransda müxtəlif ölkələrin pavilyonları da təqdim olunub. Səhiyyə naziri Zurab Pataradze ilə birgə beynəlxalq tədbirdə təşkil olunmuş Gürcüstan guşəsində olub.
Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayır.