Mixeil Sarcveladze Azərbaycanın əmək və sosial müdafiəsi naziri ilə görüşüb
Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarcveladze Azərbaycan Respublikasının əmək və sosial müdafiəsi naziri Sahil Babayevlə görüşüb.
BMT-nin 29-cu İqlim Dəyişikliyi Konfransı çərçivəsində Bakıda keçirilən ikitərəfli görüşdə Gürcüstan və Azərbaycan arasında tərəfdaşlıq və birgə layihələrdən danışıblar. Tərəflər əmək və sosial müdafiə istiqamətində həyata keçirilən proqramları müzakirə ediblər. Həmçinin, birgə gələcək planları müzakirə ediblər.
Nazirlə ikitərəfli görüşdə Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze iştirak edirdi. Mixeil Sarcveladze Azərbaycanın paytaxtında rəsmi səfərdədir və BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransında iştirak edir.
Tədbirin məqsədi iqlimə davamlı gələcək üçün, insanların inkişafına investisiyaların həyata keçirilməsinin yaxşı praktika və təcrübəsini bölüşməkdir. Konfrans çərçivəsində Mixeil Sarcveladze tematik sessiyalarda iştirak edəcək, o, səhiyyə və əmək sahəsində hökumətin baxışları və cari proqramları barədə danışacaq.
Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayır.