Mixeil Sarcveladze Avropanın İctimai Hüquq üzrə Qlobal Komissiyasının görüşündə iştirak edib
İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin sədri Mixeil Sarcveladze Qanunun Aliliyinin Qlobal Komissiyası üzvlərinin Portuqaliyanın Kaskay şəhərində keçirilən üçüncü görüşündə iştirak edib.
Parlamentin mətbuat xidmətinin yaydığı məlumata əsasən, görüşdə komissiya üzvləri Avropada qanunun aliliyinin konsepsiyası və vəziyyəti ilə bağlı BMT-nin VI Komitəsinə təqdim olunacaq hesabat layihəsini müzakirə ediblər.
“Mixeil Sarcveladze 2023-cü ilin yanvarın 10-dan sözügedən komissiyanın seçilmiş üzvüdür. Komissiya Avropanın İctimai Hüquq Təşkilatının (EPLO) təşəbbüsü ilə yaradılmışdır və onun vəzifəsi qarşılıqlı dialoqu təşviq etməklə, eləcə də öz təcrübəsini bölüşməklə qlobal qanunun aliliyinə dair hərtərəfli baxış və dəyərləri inkişaf etdirməkdir. Komissiya ilə əməkdaşlıq prosesi Avropanın İctimai Hüquq Təşkilatının regional nümayəndəsi, səfir İoseb Nanobaşvili tərəfindən dəstəklənir”- parlamentin məlumatında qeyd olunur.