Mixeil Sarcveladze axondroplaziyalı uşaqların valideynləri ilə görüşüb - yaxın günlərdə proqrama beş benefisiar əlavə olunacaq
Səhiyyə naziri Mixeil Sarcveladze nazir müavini Tamar Qabunia ilə birlikdə axondroplaziyalı uşaqların valideynləri ilə görüşüb. Nazir “Vosoritide” dərmanı ilə axondroplaziyanın müalicəsi proqramının gedişi ilə tanış olub.
Mixeil Sarcveladze müalicə prosesində uşaqların sağlamlıq vəziyyəti ilə bağlı valideynlərdən məlumat alıb.
Görüşdə həmçinin proqramın icrasının ayrı-ayrı aspektləri və onun gələcək inkişafı ilə bağlı müzakirələr aparılıb. Axondroplaziyanın “Vosoritide” dərmanı ilə müalicəsi proqramının tətbiqi 2023-cü ilin noyabrında başlamışdır və ilk mərhələyə altı benefisiar cəlb edilmişdir. Yaxın günlərdə proqrama daha beş benefisiar əlavə olunacaq.
Məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidməti yayır.