Mixeil Sarjveladze - 5 iyul tarixinə az vaxt qalıb, bu səbəbdən də  qalan vaxt ərzində daxili işlər nazirini parlamentə çağırmaq mümkün deyil
Mixeil Sarjveladze - 5 iyul tarixinə az vaxt qalıb, bu səbəbdən də qalan vaxt ərzində daxili işlər nazirini parlamentə çağırmaq mümkün deyil

Daxili işlər nazirinin müxalifət tərəfindən parlamentə çağırılmasının əsası təəssüf ki, bir az gec dəqiqləşdirildi. İlk əvvəl fraksiya nöqsanlı məktubla bizə  müraciət etdi, – bu barədə Parlamentin İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mixeil Sarjveladze bildirib.

 Onun sözlərinə görə, 5 iyul tarixinə az vaxt qalıb ki, bu da daxili işlər nazirini bu vaxt ərzində parlamentə çağırmağı mümkünsüz edir.

Sarjveladzenin sözlərinə görə, onlarda naziri insan haqları komitəsinə dəvət etmə arzusu 5 iyuldan sonra da olsa, o zaman iclas keçiriləcək.

 “Müxalifət tərəfindən parlamentə daxili işlər nazirinin çağırılması əsası və bununla əlaqədar istək, təəssüf ki, bir az gec dəqiqləşdirildi. İlk əvvəl fraksiya bizə nöqsanlı məktubla müraciət etdi. Daha sonra xətanı düzəltdilər. Lakin 5 iyuladək olan müddət bir az problemli idi. Reqlamentlə prosedurlar müəyyən edilib ki, bu da qorunmalıdır. 5 iyula olduqca az vaxt qalıb.  Əgər onlar daxili işlər nazirini sadəcə 5 iyuladək dəvət etmək istəyirlərsə, bu həqiqətən çox çətindir, bu müddət ərzində çağırma praktiki olaraq imkansızdır. Əgər iyulun 5-dən sonra onlarda yenə də istək olsa, bununla əlaqədar müzakirə, konsultasiya aparacağıq və  bu komitənin iclası mütləq baş tutacaq”-deyə Mixeil Sarjveladze qeyd edib.

“Respublika Partiyası”-nın sədri Xatuna Samnidze parlamentdə “Tbilisi Pride”-ın təşkilatçıları ilə mətbuat konfransı keçirib və daxili işlər nazirinə müraciət edərək, pride həftəliyi ilə əlaqədar suallara cavab vermək üçün ,onu qanunverici orqana, İnsan Hüquqları Komitəsinə gəlməyə çağırıb.