Mixeil Şağulaşvili Şida Kartli üzrə qubernator təyin edilib. Baş nazir İrakli Ğaribaşvili bu gün yeni qubernatorla görüşüb və regionun inkişafı istiqamətində cari və planlaşdırılan layihələri müzakirə edib.
Baş nazirin mətbuat xidməti tərəfindən yayılan məlumatda, hökumət başçısının Mixeil Şağulaşviliyə gələcək fəaliyyətində uğurlar arzuladığı deyilir. Öz növbəsində, yeni qubernator göstərdiyi etimada görə baş nazirə minnətdarlığını bildirib.
Şida Kartlinin yeni qubernatoru ixtisasca hüquqşünasdır, hüquq elmləri doktorudur. Mixeil Şağulaşvili Gürcüstanın Baş Prokurorluğunda müxtəlif vəzifələrdə işləyib, eyni zamanda Alte və Tbilisi Açıq Universitetində dosentdir.
Hökumət Administrasiyasında keçirilən görüşdə Hökumətin Regionlarla Əlaqələr Şöbəsinin rəhbəri Leri Barnabişvili iştirak edib.