Mixeil Saakaşvili - Kapitoliuma hücum edənlər əlbəttə ki, "Kotslar" idi
Mixeil Saakaşvili - Kapitoliuma hücum edənlər əlbəttə ki, "Kotslar" idi

Kapitoliuma hücum edənlər əlbəttə ki, “Kotslar” (“Gürcü Arzusu”) idi – bu bəyanatı Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili, “Mtavari” teleşirkətinin efirində, Nika Qvaramianın sualına cavab olaraq verdi.

“Kapitoliuma  hücum edənlər “Kotslar” yoxsa “Natslar” idi”? – sualına Saakaşvili, “Əlbəttə ki, “kotslar idi” – cavabını verdi.

“Mixeil Saakaşvili 2012-ci ildə, senator Cin Şahin və senator Rişlə görüş haqqında da danışdı və bəyan etdi ki, senatorlar ona hakimiyyəti sülh yolu ilə tapşırdığı üçün təşəkkür etdilər.

“Seçkilərin ikinci günü onlar mənə təşəkkür etməyə gəldilər. Daha sonra Bayden və Makkeyinlə görüşdüm. Makkeyin məni “Feniksdəki” evinə dəvət etdi.  O mənə dedi ki, sən Şərqi Avropanın Corc Vaşinqtonusan.

Bilirsiniz ki, Corc Vaşinqton Amerikanın əsasını qoyan və ən müvəffəqiyyətli prezidenti idi və Konqresin böyük hissəsi onu kral elan etdi və həyatı boyu Amerikanın rəhbəri olmağa çağırırdı, ancaq Vaşiqton bəyan etdi ki, Amerika bir Respublikadır və o ömürlük rəhbər olmaq istəmir” – dedi Mixeil Saakaşvili.