Mixeil Saakaşviliyə mükafatın verilməsi və Norveç səfirinin bu mövzuda şərhi ilə bağlı Gürcüstan Xarici İşlər Nazirliyində səfirlə görüş keçirilib
Mixeil Saakaşviliyə mükafatın verilməsi və Norveç səfirinin bu mövzuda şərhi ilə bağlı Gürcüstan Xarici İşlər Nazirliyində səfirlə görüş keçirilib

 

Gürcüstan Xarici İşlər Nazirliyində Norveç Krallığının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Helen Sand Andersen ilə görüş keçirilib.

Gürcüstanın Xarici İşlər Nazirliyi tərəfindən yayılmış məlumatda görüşün Norveçin mühafizəkar partiyası tərəfindən Mixeil Saakaşviliyə insan hüquqlarının təşviqinə görə mükafatın verilməsi və bununla bağlı Norveç səfirinin şərhi ilə əlaqədar keçirildiyi deyilir.

Gürcüstanın Xarici İşlər Nazirliyində səfirə Mixeil Saakaşvilinin hakimiyyəti dövründə hakimiyyət tərəfindən insan hüquqlarının pozulması və səlahiyyətlərin aşılması halları və bununla bağlı Mixeil Saakaşvili və onun hökumətinin bir sıra nümayəndəsinin mühakimə olunduğu və ya cəzalarını artıq çəkdikləri faktına görə gürcü tərəfinin mənfi münasibəti açıqlanıb.

Nazirlikdə qeyd olunduğu kimi, Norveçin mühafizəkar partiyasının sözügedən addımı gürcü cəmiyyətində depolarizasiyaya töhfə vermir və Saakaşvilinin hakimiyyəti dövründə törədilmiş cinayət əməllərinin qurbanı olmuş vətəndaşlar və onların ailə üzvləri üçün təhqiredicidir.

“Norveç Krallığının səfirinin görüşdə qeyd etdiyi kimi, Mixeil Saakaşviliyə mükafat verilməsi Norveç hökumətinin mövqeyini ifadə etmir və konkret siyasi partiyanın təşəbbüsüdür.

Görüşdə tərəflər Gürcüstan və Norveç Krallığı arasında mövcud dostluq münasibətlərini bir daha təsdiqləyib və gələcəkdə ölkələr arasında əməkdaşlığın inkişafını təşviq etməyə dair hazırlıq ifadə ediblər”-deyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.