Odessa əyalətinin sabiq qubernatoru Mixeil Saakaşvili, Ukrayna iqtidarı və milli polis tərəfindən üç maddəyə görə axtarışdadır.
Bu barədə məlumatı Ukraynanın baş prokurorluğunun mətbuat xidməti “Tvitter” vasitəsi ilə yayır.
“Saakaşviliyə axtarış elan edildi və o Cinayət məcəlləsinin 15-ci, 28-ci və 256-cı maddələrə əsasən, məsuliyyətə cəlb olunacaq. Bu ittihamlar arasında polisə hücüm və həmçinin hərbi çevriliş təşkil edən qruplarla əməkdaşlıq da daxildir”, – deyilir Ukrayna prokurluğunun mətbuat xidmətinin məlumatında.
Dünən Ukrayna prokurorluğu bəyan etdi ki, Odessa əyalətinin sabiq qubernatoruna qanuna tapşırılmaq üçün 24 saat verilib.