Keçirilən məhkəmə prosesinə Dimitri Sadzaqlişvili və Nika Qvaramianın buraxılmamasına görə, Saakaşvilinin vəkilləri məhkəmə salonunu tərk ediblər
Tbilisi Şəhər Məhkəməsində 7 Noyabr epizodu üzrə Mixeil Saakaşvilinin məhkəmə prosesini vəkillər etiraz əlaməti olaraq tərk ediblər.
Bunadək, Beka Basilaia iclasda fasilə elan edilməsini , Dimitri Sadzaqlişvili və Nika Qvaramianın məhkəmə prosesində iştirakına icazə verilməsini tələb edib.
“Fasilə elan edək, Sadzaqlişvili və Qvaramia məhkəmə prosesinə daxil olsunlar, onlar həbsxanada idilər və ola bilsin ki, onlarda yeni məlumatlar var və ya yeni hallara sahib olsunlar” -deyə Beka Basilaia bildirib.
Cavab olaraq, hakim qeyd edib ki, onların başladılmış prosesə daxil olması davamlılıq ( fasiləsizlik) prinsipinə uyğun gəlmir.
“Məhkəmə sizə dedi ki, texniki cəhətdən əgər istəsəniz, əlbətdə, başladılmış prosesə daxil olmaq davamlılıq ( fasiləsizlik) prinsipinə uyğun deyil”, – deyə hakim bildirib.
“O zaman mən burda bir məna görmürəm və bugünkü prosesi tərk edirəm”-deyə vəkil Beka Basilaia bildirib.
Məlumat üçün bildirək ki, Mixeil Saakaşvilinin özü bugünkü məhkəmə prosesində iştirak etmir. Penitensiar Xidmət prosesin başlamasınadək bəyanat yaydı, bəyanatda mümkün destruktiv hərəkətlər və sağlamlıq üçün əlavə risklər səbəbindən qurumun Saakaşvilini məhkəməyə aparmaq imkanından məhrum olduğu bildirilib.