Mixeil Saakaşvilinin ukraynalı vəkili Ukrayna məhkəməsinin Ədliyyə Nazirliyinə Saakaşvilinin müvəqqəti olaraq təhvil verilməsi üçün gürcü tərəfinə müraciət etməyi tapşırdığını açıqlayır
Mixeil Saakaşvilinin ukraynalı vəkili Ukrayna məhkəməsinin Ədliyyə Nazirliyinə Saakaşvilinin müvəqqəti olaraq təhvil verilməsi üçün gürcü tərəfinə müraciət etməyi tapşırdığını açıqlayır

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin ukraynalı vəkili Vadim Zavoritni Saakaşvilinin 2018-ci ildə Ukraynada baş vermiş insidentlə əlaqədar məsələ üzrə dindirilmək üçün müvəqqəti olaraq Ukrayna tərəfinə verilməli olduğunu açıqlayır.

Vəkil Saakaşvilinin sözügedən fakt üzrə zərərçəkmiş kimi tanındığını bildirir. O, Ukrayna məhkəməsinin Ədliyyə Nazirliyinə Saakaşvilinin müvəqqəti olaraq təhvil verilməsi üçün gürcü tərəfinə müraciət etməyi tapşırdığını açıqlayır.

“Ukrayna ərazisinə müvəqqəti ekstradisiya, məhkəmənin qərarı məhz budur. Kiyev yaxınlığındakı rayon məhkəməsinin baxdığı cinayət işi var. Söhbət 2018-ci ildə Mixeil Saakaşvilinin zərərçəkmiş kimi tanınması şəraitindən gedir. Mən o zaman onun nümayəndəsi idim. İş məhkəmədə aparıldı və hazırda işin materialları öyrənilir. İstintaq hərəkətlərini aparmaq üçün onun müvəqqəti təhvil verilməsini tələb etmək hüququm var idi. Zərərçəkmiş kimi onu dindirmək istəyirik. Biz bu mövqeyi Saakaşvilinin özü ilə hələ çox əvvəldən razılaşdırdıq. İndiyədək bunun üçün sənədlər toplayırdıq və bu gün məhkəmə Ədliyyə Nazirliyinə Saakaşvilinin müvəqqəti olaraq təhvil verilməsi üçün Gürcüstanın Ədliyyə Nazirliyinə müraciət etməyi tapşırıb. Məhkəmə zərərçəkmişi birbaşa zalda dindirəcək. Başa düşürəm ki, o, hazırda həbsdədir, lakin həbsdə olan insanı bir yerdən başqa yerə köçürmək üçün prosedur var. Məhkumun köçürülməsi və qaytarılmasını tənzimləyən norma var. Heç kim onun əbədi olaraq Ukraynaya verilməli olduğunu söyləmir” – deyə Vadim Zavoritni bildirib.