Mixeil Saakaşvilinin ukraynalı vəkili – iş siyasidir, çünki Ukraynada Saakaşvilinin ittiham olunduğu maddələrlə faktiki olaraq heç kim həbsdə deyil

12:29, 24.11.2021

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin ukraynalı vəkili Yevqeni Qruşovets Qoriyə gəlib. O, Saakaşvili ilə görüşmək üçün hərbi hospitala daxil olmağa hazırlaşır. Vəkil deyir ki, Saakaşvilinin işi siyasi xarakter daşıyır.

“Bu mənim ikinci cəhdimdir. Mən ukraynalı hüquqşünasam. Mən Mixeil Saakaşvili ilə çox uzun müddətə müqavilə imzalamışam. Mən onunla müxtəlif layihələrdə, o cümlədən Ukraynada onun zərər gördüyü işlərdə işləmişəm. Bu, mənim Tbilisiyə gəlməyə ikinci cəhdimdir. Yaxşı ki, dünən bizə necə onu necə qorumağa davam edəcəyimizi müəyyən etmək üçün daxil olmağa imkan verdilər. Hesab edirəm ki, bu, siyasi işdir, çünki Ukraynada onun ittiham olunduğu maddələrə görə praktiki olaraq həbsdə olan yoxdur.

Mixeillə görüşmək, onunla bundan sonra nə edəcəyimizi müəyyən etmək mənim üçün çox vacibdir, çünki kömək üçün müxtəlif variantlar var və müştəri olmadan biz heç nə edə bilmərik. Eyni zamanda, biz Avropa müdafiə vektorunu hazırlamağı planlaşdırırıq, çünki siyasi məsələlərdə onu bu və ya digər dövlətin ərazisi ilə məhdudlaşdırmaq olmaz. Ümid edirəm ki, xəstəxanaya daxil olmağa icazə verəcəklər və Mixeillə görüşəcəm. Ona bundan sonra necə kömək edəcəyimizi müəyyənləşdirəcəyik” dedi vəkil.

Oxşar