Mixeil Saakaşvilinin Ukrayna sərhədini qanunsuz keçdiyi işi üzrə bir neçə nəfər intizam məsuliyyətinə cəlb edildi və materiallar istintaqa təhvil verildi
Mixeil Saakaşvilinin Ukrayna sərhədini qanunsuz keçdiyi işi üzrə bir neçə nəfər intizam məsuliyyətinə cəlb edildi və materiallar istintaqa təhvil verildi

Ukrayna Dövlət Sərhəd Xidmətinin spikeri, Andrey Demçenko bəyan edir ki, Mixeil Saakaşvilinin mümkün qeyri-qanuni sərhəd keçidi ilə bağlı apardığı daxili araşdırma nəticəsində, Ukrayna Dövlət Sərhəd Xidməti bir neçə məmura qarşı intizam cəzasını tətbiq edib.

Bu barədə “Ukrainskaya Pravda” Ukrayna nəşrinə Andrey Demçenko bəyan etdi.

“Dövlət Sərhəd Xidmətinin Administrasiyası sentyabrın sonunda Ukrayna vətəndaşı Mixail Saakaşvilinin dövlət sərhədini mümkün qanunsuz keçməsi faktı ilə bağlı xidməti araşdırma apardı. İstintaq zamanı Sərhəd Bölməsi, Sərhəd Şöbəsi və Cənub Regional Bölməsinin məsul şəxsləri tutduqları vəzifələri dayandırılıb. istintaqın bütün detallarını açıqlaya bilmərik, çünki materiallar məhdudlu əlçatarlıq məlumatı əhatə edir. Lakin qeyd edirəm ki, onlar müvafiq istintaq orqanına göndərilib, fakt üzrə cinayət işi başlayıb. Əlavə edirəm ki, araşdırma nəticəsində Ukrayna Dövlət Sərhəd Xidmətinin yuxarıda qeyd olunan bölmə və orqanlarının bir neçə vəzifəli şəxsi intizam məsuliyyətinə cəlb edilib”, – Demçenko mətbuata bildirib.

“Ukrainskaya Pravda”-nın yazdığı kimi, Ukrayna Dövlət Sərhəd Xidməti intizam cəzasının nə olduğunu və neçə nəfərin cəza çəkdiyini dəqiqləşdirməyib. Bununla yanaşı, idarədə Mixail Saakaşvilinin sərhədi qanunsuz keçib-keçmədiyini açıqlamayıblar.