Mixeil Saakaşvilinin tərəfdarları tələb edirlər ki, aksiyanın aparıcısı hakimiyyətə tələb irəli sürsün ki, Mixeil Saakaşvili və Nika Qvaramiya saat 22:00-a qədər azad edilsinlər
Mixeil Saakaşvilinin tərəfdarları tələb edirlər ki, aksiyanın aparıcısı hakimiyyətə tələb irəli sürsün ki, Mixeil Saakaşvili və Nika Qvaramiya saat 22:00-a qədər azad edilsinlər

Rustaveli prospektində “Evə Avropaya doğru” aksiyası başladı və burada həmçinin keçmiş prezident Mixeil Saakaşvilinin tərəfdarları iştirak edirlər və Saakaşvilinin azad edilməsini tələb edirlər.

Onlar aksiya başlayana qədər “Mixeil Saakaşviliyə azadlıq” səsləndirirdilər. Onlar həmçinin aksiyanın aparacısına, Laşa Buğadzeyə müraciət etdilər ki, hakimiyyətə Mixeil Saakaşvili və Nika Qvaramiyanı azad etmək üçün saat 22:00-a qədər vaxt versin və aksiyanın əsas tələbi məhz elə bu idi.

Onların dediyinə görə, məh elə başqa tələblər bundan sonra irəli sürülməlidir.

“Mixeil Saakaşvili və Nika Qvaramiyanı, bütün siyasi məhbusları buraxmalıdılar və müvəqqəti hökumət barəsində sonra söhbət edək, başqa təqdirdə xalqı dağıtmayaq. Xalq sülh və azadlıq istəyir. Gürcüstana azadlıq, Mişaya azadlıq”, – aksiya iştirakçılarından biri bəyan etdi.