Mixeil Saakaşvilinin sözlərinə görə, o bu gündən müddətsiz aclıq aksiyası elan edir
Mixeil Saakaşvilinin sözlərinə görə, o bu gündən müddətsiz aclıq aksiyası elan edir

 

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin sözlərinə görə, o bu gündən müddətsiz aclıq aksiyası elan edir.

“Bu gündən tam, müddətsiz aclıq aksiyası elan edirəm. Bu, aclıqdır, rejimin mənə və xalqıma, xalqımıza necə münasibət göstərməsinə reaksiyadır. Burada mənim sağlamlığım yüzüncü dərəcəli məsələdir. Hamı vətəni sevməyin nə olduğunu görsün. Öz ölkəni rahatlıqdan və hər şeydən üstün tutmanın, ambisiyaların nə demək olduğunu hamı görsün. Mənim barəmdə irəli sürülən ittihamlara ancaq axmaqlar inana bilər. Kostyumlar məsələsindən başlayaraq əfv və s. Bu işə gəlincə, bu işin bütün əhvalatı Nino Burcanadzenin əsas ifadəsidir, o deyir ki, mənim siyasi məsuliyyətim var, mən özüm bununla razılaşırdım və seçkiləri mən keçirmişəm, gürcü xalqının ən yüksək hökmünü almışam. İkincisi – general Qoqava deyir ki, mən hər şeyi düz etmişəm və biz bunu bir daha etsəydik, belə edərdik, istənilən halda televiziyada belə deyir, üçüncüsü – Saakaşvilinin birbaşa göstəriş vermədiyi, lakin Vano Merabişvilinin qulağına pıçıldadığına dair danışırlar. Düzdür, Vano Merabişvili bunu inkar edir, lakin bəzi hərbçilər, və ya polisi biz bundan sonra mükafatlandırmışıq və bu təsdiqləyicidir”- deyə Saakaşvili bugünkü məhkəmə prosesində bildirib.

O, aclıq aksiyasına başlamasının nə ilə əlaqədar olduğunu bir daha izah edib.

” Mənim tələbim Xalq Müdafiəçisinin Konsiliumu və “Empatiya” Mərkəzinin tələb etdiyi kimi, adekvat tibbi xidmət göstərilməsidir. Əminəm ki, beynəlxalq ekspertləri əgər buraxsaydılar də eyni şeyi deyəcəklərdi. Bu konkret tələbdir ” – deyə Saakaşvili bildirib.