Mixeil Saakaşvilinin məhkəmə prosesi yenidən təxirə salınıb
Mixeil Saakaşvilinin məhkəmə prosesi yenidən təxirə salınıb

 

Tbilisi Şəhər Məhkəməsində, büdcə vəsaitlərinin israf edilməsi məsələsi üzrə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin məhkəmə prosesi yenidən təxirə salınıb.

Prosesdə Penitensiar Xidmət tərəfindən təqdim edilmiş məktub oxunub, məktuba əsasən Saakaşviliyə həm birbaşa salonda , həm də uzaqdan prosesdə iştirak etmək təklif edilib, lakin Saakaşvili bundan imtina edərək, səbəb kimi sağlamlıq vəziyyətini göstərib.

Prosesdə “Vivamed” klinikasından da məktub təqdim edilib və məktuba əsasən, müalicə səbəbilə onun prosesdə iştirakı məqsədəuyğunsuz olub. Müvafiq olaraq, hakim Badri Kochlamazaşvili prosesi sentyabrın 20-dək təxirə salıb.

Bəhsi keçən epizodda Mixeil Saakaşvili Dövlət Xüsusi Mühafizə Xidmətinin keçmiş rəhbəri Temur Canaşia ilə birlikdə ittiham olunur və onlar dövlət büdcəsinə məxsus 9 milyon larini israf etməkdə günahlandırılırlar.