Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin büdcə vəsaitlərinin israf edilməsi məsələsi üzrə Tbilisi Şəhər Məhkəməsindəki məhkəmə prosesi yenidən təxirə salınıb.
Prosesdə penitensiar xidmətin təqdim etdiyi məktub oxunub, məktuba əsasən, “Vivamed” klinikasında müalicə aldığı üçün eks-prezident məhkəmə iclaslarında iştirak edə bilməyəcək.
Müvafiq olaraq, hakim Badri Kochlamazaşvili prosesi avqustun 1-dək təxirə salıb.
Mixeil Saakaşvili sözü gedən epizodda Dövlət Xüsusi Mühafizə Xidmətinin keçmiş rəhbəri Temur Canaşiya ilə birlikdə ittiham olunur və onlar dövlət büdcəsinə məxsus 9 milyon larini israf etməkdə ittiham olunurlar.