Mixeil Saakaşvilinin cəzasının təxirə salınması məsələsi üzrə məhkəmə prosesi dekabrın 29-da davam edəcək
Mixeil Saakaşvilinin cəzasının təxirə salınması məsələsi üzrə məhkəmə prosesi dekabrın 29-da davam edəcək

 

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin cəzasının təxirə salınması məsələsi üzrə məhkəmə prosesi dekabrın 29-da, saat 11:00-də davam edəcək.

Vəkil Şalva Xaçapuridze Saakaşvilinin səhhətinin olduqca ağır olduğunu bildirib və proseslərin gündəlik təyin edilməsi üçün məhkəmədə vəsatət qaldırıb.

Lakin, hakim qeyd edib ki, prosesi gündəlik təyin etmək mümkün deyil.

“Bu gün biz bütün günü bir şahidin dindirilməsinə həsr etdik və mən bu günə planlaşdırdığım digər işləri təxirə saldım. Hər gün proses təyin etmək fiziki cəhətdən mümkün deyil. Vəsatətə baxılması üçün dəqiq müəyyən edilmiş müddət yoxdur, biz burada məhdudlaşdırılmamışıq və onu da nəzərə almaq lazımdır ki, bu material və bu sayda şahid bir neçə iclas tələb edir”-deyə hakim açıqlayıb.

Dekabrın 29-da məhkəmə prosesi şahidlərin dindirilməsi ilə davam etdiriləcək.