Mixeil Saakaşvilinin cəzasının təxirə salınması məsələsi ilə bağlı növbəti məhkəmə prosesi dekabrın 22-də keçiriləcək
Şəhər Məhkəməsində Mixeil Saakaşvilinin cəzasının təxirə salınması məsələsi üzrə növbəti iclas dekabrın 22-də, saat 11:00-da keçiriləcək.
Bu barədə hakim Qiorqi Arevadze bu gün keçirilən iclasda açıqlayıb.
“Penitensiar Xidmətin nümayəndələri tərəfindən bir ay tələb olunub və mən, həqiqətən, bunun üçün bir ay vaxt lazım olduğunu düşünmürəm. Sağlamlıqla bağlı məsələləri müzakirə edəcəyimizi nəzərə alarsaq, hesab edirəm ki, bu məsələ məqsədəuyğun müddət ərzində müzakirə edilməli və sonda həll edilməlidir. Bu səbəbdən bütün bunları nəzərə alaraq, növbəti iclasın dekabrın 22-də saat 11:00-da keçirilməsini təklif edirik” – deyə hakim qeyd edib.
Tbilisi Şəhər Şəhkəməsində Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin cəzasının təxirə salınması məsələsi üzrə məhkəmə prosesi keçirilib. Müdafiə tərəfi Mixeil Saakaşvilinin prosesdə distansional iştirakını tələb edib, lakin hakim Qiorqi Arevadze məhkəmə iclasında Xüsusi Penitensiar Xidmətin məktubunu oxuyub, məktuba əsasən, Xüsusi Penitensiar Xidmət məhkum Saakaşvilinin distansional iştirakını təmin etmək imkanından məhrumdur.
Bundan başqa, hakim həmçinin “Vivamed”dən aldığı məktubu da oxuyub, məktubda həkimin Mixeil Saakaşvilinin iştirakını məqsədəuyğun hesab etmədiyi qeyd olunub.