Mixeil Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı davam edən məhkəmə prosesində toksikoloq Devid Smit dindirilir
Mixeil Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı davam edən məhkəmə prosesində toksikoloq Devid Smit dindirilir

 

Olduqca çoxlu sayda tibbi qeydləri, saç, dırnaq və qan nümunələrinin test nəticələrini, genişləndirilmiş tibbi qeydləri və 170 səhifəlik rəyi nəzərdən keçirdim. Fikrimcə, o, müxtəlif metallarla, o cümlədən civə, arsenik və bariumla zəhərlənib – bu barədə toksikoloq Devid Smit Mixeil Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı davam edən məhkəmə prosesində dindirilərkən açıqlayıb. O, prosesə Kaliforniyadan onlayn şəkildə qoşulur.

“Bu tip ağır metallar müəyyən müddətdən sonra bədəndən xaric olur. Bədəndən ayrılma prosesində müxtəlif orqanları zəhərləyirlər. Nəticədə o, ağır kəllə-beyin travması yaşayıb. Qeyd etmək lazımdır ki, beyində zədələnən xüsusi yer ağ maddə, yəni kəllə beynin icraedici halqası olub. O, periferik neyropatiyadan əziyyət çəkir, bu beyin xaricində sinirlərə ziyan vurur, eləcə də əzələ zəifləyir. Onun həzm sistemində zədələnmə var, bu da qastrit yaradır. Bu, davamlı ishala, dolayısıyla kaxeksiyaya və ağır çəki itkisinə səbəb olur. Onun qaraciyər və böyrək və ürək kimi digər həyati orqanlarında zədələnmə var. Ağır metallarla zəhərlənmə praktiki olaraq bütün orqanlara zərər verir. Müvafiq olaraq onun sağlamlıq vəziyyəti ağırdır” – deyə Devid Smit açıqlayıb.

Xəstəxanada zəhərlənə bilərmi sualına Devid Smit cavabında bildirib ki, sözügedən metallar hər hansı tibbi üsulla müalicə səbəbilə orqanizmə daxil ola bilməz.

“Xeyr, bu metallar çox zəhərli olduğu üçün hər hansı tibbi üsulla müalicə səbəbilə orqanizmə daxil ola bilməz. Bu metallar sağlamlıq vəziyyətini ağırlaşdırır və pasiyentin xəstəliyi ilə əlaqədardır. O, ağır metallarla əlaqədar müvafiq müalicə almayıb. Mövcud simptomların bərabərləşdirilməsi üçün ona verilən dərmanlar üzərində detoksifikasiya aparılmayıb” -deyə Devid Smit açıqlayıb.

“Bir daha dəqiqləşdirsək, bu şəxs həbsxanada mı zəhərlənib?” sualına Devid Smit belə cavab verir: “O, tibb müəssisəsinə aparılarkən simptomları olub. Hesab edirəm ki, tibb müəssisəsində yox, ondan əvvəl, həbsxanada özünü biruzə verib”.

Bununla yanaşı, suala cavab olaraq Devid Smit qeyd edib ki, əlillik və ölüm riski var. Devid Smitin açıqlamasına görə, “Mixeil Saakaşvilinin ağır metalların detoksifikasiyasının aparılacağı müəssisədə olmasına ehtiyacı var”.