Mixeil Saakaşvili "Vivamed" klinikasına köçürülməklə bağlı bir neçə şərt irəli sürür
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ədliyyə nazirinə və Penitensiar Xidmətin direktoruna müraciət edərək, “Vivamed” klinikasına köçürülməklə bağlı bir neçə şərt irəli sürür.
“Gürcüstanın ədliyyə naziri və Penitensiar Xidmətin direktoruna,
sağlamlığımın son dərəcə zəifləməsindən və həyati əlamətlərlə uzlaşmadığını hesab etdiyimdən irəli gələrək, təxirəsalınmaz tibbi yardım, müalicə və müayinələr üçün aşağıdakı şərtlərlə “Vivamed” klinikasına köçürülməyə razıyam :
1. Ailə üzvlərim, şəxsi həkimim Nika Ğipşidze və “Empatia” Mərkəzinin alternativ komissiyanın üzvlərinin mənim yanıma mütəmadi olaraq daxil olmasına icazə verilsin, bu qanunla müəyyən edilib və indiyədək qanunsuz şəkildə mənə yox cavabı verilib;
2. Qanunla müəyyən edilmiş şəxslərin, vəkillərin və parlament üzvlərinin iş saatlarında məni görmələrinə icazə verilsin ;
3. İstənilən müayinədə, diaqnostikada, təyinat və həmçinin müalicənin sonrakı mərhələlərinin və ya sağalma faktının paritet əsasında formalaşdırılmış tərkiblə “Empatia” Mərkəzinin və onların razılığı halında Xalq Müdafiəçisi konsiliumunun üzvlərinin iştirakı ilə təyin edilməsi ;
4. Bəhs etdiyimi məsələlərlə bağlı cavab alan kimi dərhal “Vivamed”-ə köçməyə hazıram;
5. Xahiş edirəm, ailə üzvlərimin və vəkillərin iştirakı ilə bu məsələlərlə bağlı qərar qəbul edin” -deyə Mixeil Saakaşvili “Facebook”-da qeyd edib.
Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirir ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşviliyə “Vivamed” klinikasında müayinədən keçmək təklif olunub.