Mixeil Saakaşvili - Ukrayna həyatımın və mübarizəmin vacib hissəsidir, son vaxtlar Ukrayna hələ də görüb qucağıma almaq şansım olmayan kiçik qızım Jasmindir
Ukrayna mənim üçün nədir? Bu, mənim həyatımın və mübarizəmin mühüm hissəsidir, Gürcüstanı Ukraynasız xilas etmək mənim üçün həmişə ağlasığmaz olub, – bu barədə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili “Ukrainskaya Pravda”da dərc olunan avtobioqrafik məktubunda – “Mən və Ukrayna” yazır.
“Ukrayna mənim həyatımın və mübarizəmin vacib hissəsidir. Mən həyatımın çox hissəsini Ukraynada keçirmişəm. İndi mən ukrayna dilində rus dilindən daha yaxşı danışıram. Ukrayna mənim Kiyevdəki evimdir, Mirqorodda kiçik bir torpaq sahəsidir. Ukrayna mənim xüsusi sevgimdir – Odessa şəhəridir. Dostlarımın çoxu Ukraynadadır, son vaxtlar Ukrayna kiçik qızım Jasmindir, onu hələ görüb qucağıma almaq imkanım olmayıb”-Saakaşvili məktubunda yazır.