Mixeil Saakaşvili üçün telefon zənglərinin bərpası barəsində vəkillərin müraciətini Məhkəmə təmin etmədi
Mixeil Saakaşvili üçün telefon zənglərinin bərpası barəsində vəkillərin müraciətini Məhkəmə təmin etmədi.
Hakim, Lela Kaliçenko açıqladı ki, qeyd olunan tələb qanundan irəli gəlmir və qərarın qəbul edilməsi zamanı Prosesual Məcəlləni əldə rəhbər tutdu.
“Telefon zənglərinin bərpası tələbinə gəldikdə, Məhkəmə açıqlayır, tələbi tərəf irəli sürərkən, Məhkəmə rədd və ya təsdiq barəsində qərar qəbul etməlidir. “Bərpa edin” sözündə nəzərdə tutulur ki, deməli, məhdudlaşdırılıbdır. Məhkəmənin bu məhdudlaşdırma hüququnun bərpasına qarışmağa hüququ var ya yox. Hesab edirəm ki, qeyd olunan tələb qanundan irəli gəlmir. Prosesual Məcəllənin maddələrini əldə rəhbər tuturam, Məhkəmə yerində iclasla müəyyən etdi, müraciət təmin olunmasın. Hökm şikayət olunmur”, – hakim, Lela Kaliçenko bəyan etdi.
Telefon zənglərinin həyata keçirilməsi hüququnun bərpası tələbi ilə Məhkəməyə vəkillər bu günki prosesdə müraciət etdilər. Prosesdə sərhədin qanunsuz keçilməsi işi müzakirə olunur.