Mixeil Saakaşvili – Üç gündür yataqdan qalxmamışam və həmrəylik mitinqinə baxırdım, o qədər enerji aldım ki, kamerada yer tapa bilmirdim, bir küncdən o birinə gedirəm
Üç gündür yataqdan qalxmamışam və həmrəylik mitinqinə baxırdım, o qədər enerji aldım ki, kamerada yer tapa bilmirdim, bir küncdən o birinə gedirəm, – Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili bu barədə öz Facebook səhifəsində yazıb.
“Mənim sədaqətli qəhrəman dostlarım, çox sağ olun ki, televiziyadan səngiməyən hədə-qorxulara, bütün qüvvələrini öz xalqına qarşı işə salmalarına baxmayaraq, iş günündə o qədər çox nəfər belə bir ruhla çıxdınız.
Üç gündür ki, yataqdan demək olar ki, qalxmırdım, belə güclü həmrəylik mitinqinə baxdım, sizin xüsusilə “Gürcüstan, Gürcüstan” deyə səslədiklərinizi eşitdim (təbii ki, adımın tərənnümünə görə də minnətdar idim), o qədər enerji aldım ki, kamerada yer tapa bilmirdim, bir küncdən o birinə gedirəm. Bu gün nəhayət əmin oldum ki, qələbə çox yaxındır”, – Mixeil Saakaşvili yazıb.