Mixeil Saakaşvili tərəfindən sərhədin keçilməsi faktı ilə əlaqədar iş yoxlaması zamanı Ukraynada bir neçə vəzifəli şəxsin səlahiyyəti dayandırılıb
Ukraynanın Sərhəd Xidməti Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili tərəfindən sərhədin keçilməsi faktı ilə bağlı iş yoxlaması aparır, bir neçə vəzifəli şəxsin səlahiyyətləri dayandırılıb. Bu barədə Ukraynanın “Ukrainskaya Pravda” nəşri qurumun sözçüsü Andrey Demçenkoya istinadən xəbər yayır.
“Ukrayna vətəndaşı Saakaşvilinin vəziyyəti ilə bağlı Ukrayna Dövlət Sərhəd Xidməti həqiqətən iş yoxlamasını aparır. Onun Ukraynadan çıxışı şəraiti və dövlət sərhədini keçmə faktı araşdırılır. Ukrayna sərhədini necə keçdiyi ilə bağlı məlumatlar ətraflı yoxlanılacaq “-deyə Sərhəd Xidmətinin sözçüsü “Ukrainskaya Pravda” -ya bildirib.
Demçenkonun sözlərinə görə, hazırda qurumun Cənub Regional İdarəçiliyinin rəhbərliyindən istintaqın gedişatı və nəticələri açıqlananadək bir neçə vəzifəli şəxsin vəzifə səlahiyyətləri dayandırılıb.
Mətbuat vasitələrinin, Mixeil Saakaşvili tərəfindən sərhədin keçilməsinin qeydə alınmasına dair ünvanladıqları suala Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü bu cür məlumatların məxfi olduğunu bildirib.