Mixeil Saakaşvili - tədbir möhtəşəm şəkildə keçirildi, “Milli Hərəkat” hər gün daha da yaxşılaşır, Xabeişvili, Vaşadze, Xarçilava, Bokuçava və başqaları olduqca yaxşı çıxışlar etdilər
Dünənki tədbir möhtəşəm şəkildə keçirildi və “Milli Hərəkat”ın nəinki canlı olduğunu, həm də hər gün daha da yaxşılaşdığının çox dəqiq təsdiqi oldu- bu barədə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazır.
Onun sözlərinə görə, “Xabeişvili, Vaşadze, Xarçilava, Bokuçava və başqaları olduqca yaxşı çıxışlar ediblər”.
“Manifestə gəlincə, bir vacib məqamı nəzərə alaraq onun mətni ilə tamamilə razıyam. Bir tərəfdən, seçilmiş orqanlar, şübhəsiz ki, legitimdir, digər tərəfdən, mümkün qədər geniş iştirak üçün siyasi şuranın genişləndirilməsi, o cümlədən, “Milli Hərəkat” üzərində böyük əməyi olan və bir zamanlar siyasi şuranın üzvləri olan şəxslərin geri qaytarılması və qərarların qəbulu prosesinə maksimum cəlb edilməsi zəruridir.
Əlbəttə, hamımız razılaşmalıyıq ki, bundan sonra bir-birimizə hücum etməyi dayandıracağıq və hamımız ümumi düşmənə qarşı birgə mübarizə aparacağıq.
Rəhbərliyə görə siyasi məsuliyyətini öz üzərimə götürürəm və bu mübarizədə mümkün qədər çox olsaq, çox sevinərəm” – Mixeil Saakaşvili qeyd edib.