Mixeil Saakaşvili - Sopo Caparidzedən bir çox faydalı işlərlə yanaşı, ölkə daxilində və xaricdə mənim nümayəndəm olmasını xahiş etdim, razılaşdığına şadam
Sopo Caparidzedən bir çox faydalı işlərlə yanaşı, ölkəmdə və xaricdə mənim nümayəndəm olmasını, eləcə də mənim və ölkəm üçün olduqca çətin bir zamanda mənə mümkün qədər dəstək verməsini xahiş etdim – bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin “Facebook” səhifəsində dərc olunan statusunda qeyd olunub.
“Bu, partiyanın heç bir funksiyasını əvəz etmir (baxmayaraq ki, Sopo sakrebuloda partiyanın aktiv lideridir). Siyasətlə əlaqəli və ya əlaqəsi olmayan bir çox başqa aktual məsələlər var. Biz uzun illərdir ki, Sopo ilə əməkdaşlıq edirik. O, çox istedadlıdır və xalqın böyük etimadına malikdir. Onun razılaşdığına şadam.
Fikirlərinizi Sopo vasitəsilə mənə bildirin və Sopo da hər zaman mənə öz təhlilini göndərəcək. Həmçinin, ondan xahiş etdim ki, rus rejiminin əsarətində olduğum və ictimaiyyətlə tam ünsiyyət qurmaq imkanım olmadığı müddət boyunca mənim bəyanatlarımı şəxsən o yaysın” – deyə Mixeil Saakaşvilinin “Facebook” postunda qeyd olunub.