Mixeil Saakaşvili – Sizi çoxlu müxtəlif mitinqlərə çağırıram, dekabrda böyük birgə milli mitinq hazırlamalıyıq

14:17, 25.11.2021

Biz sizi çoxlu müxtəlif mitinqlərdə iştirak etməyə çağırırıq, dekabrda bir böyük birgə milli mitinqə hazırlaşmalıyıq, – Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin Saakaşvilinin Facebook səhifəsində yayılan məktubunda deyilir.

“Dünənki yazıma gəlincə – ümid edirəm ki, yaxın günlərdə mənim azadlığımla bağlı ictimai komitə yaradılacaq. Eyni zamanda, Vahid Milli Hərəkatın bundan sonra da eyni güclə bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini də səbirsizliklə gözləyirəm. Digər partiyaların və ayrı-ayrı şəxslərin fəallığına görə minnətdaram və bu, istər-istəməz fəallıq dalğasına səbəb olacaq.   Sizi çoxlu müxtəlif mitinqlərə dəvət edirik və dekabrda bir böyük birgə milli mitinqə hazırlaşmalıyıq.

29-a təyin edilmiş “məhkəmə” günündə sizi məhkəmə binası yaxınlığında toplaşmağa çağırıram. Bu, son iki ayda birbaşa müraciət üçün ilk fürsət olacaq. Biz hamımız bilirik ki, məhkəmə farsdır, lakin biz ondan görüş yeri kimi istifadə edə bilərik”, – deyə Saakaşvili məktubunda bildirib.

Oxşar