Mixeil Saakaşvili - "Polşalı həkimlərin qalmaqalı" haqda məlumat tirajlamayın, bir qrup yüksək ixtisaslı həkimin gəlişi deyil, mənim haqsız yerə həbs olunmağım qalmaqaldır
Mixeil Saakaşvili - "Polşalı həkimlərin qalmaqalı" haqda məlumat tirajlamayın, bir qrup yüksək ixtisaslı həkimin gəlişi deyil, mənim haqsız yerə həbs olunmağım qalmaqaldır

 
“Polşalı həkimlərin qalmaqalı” haqda məlumat tirajlamayın. Avropa İttifaqı ölkələrinin təşəbbüsü ilə yaradılmış yüksək ixtisaslı həkimlər qrupunun gəlişi deyil, mənim haqsız olaraq həbs olunmağım, işgəncə gördüyüm hər bir gün qalmaqaldır-bu barədə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazır.

Saakaşvilinin yazdığı kimi, Rusiyanı müxtəlif yollarla dəstəkləmək və Ukraynaya qarşı çıxmaq qalmaqaldır.

“Polşalı həkimlərin qalmaqalı” haqda yayılmış məlumatı tirajlamamağa çağırıram. Dörd ay yarım gözləmədən və süni maneələri aşdıqdan sonra Aİ ölkələrinin təşəbbüsü ilə yaradılmış yüksək ixtisaslı həkimlər qrupunun gəlişi deyil, mənim tamamilə ədalətsiz həbs olunmağım qalmaqaldır.

İşgəncə gördüyüm və təcrid olunduğum hər bir gün qalmaqaldır. Oliqarxın qullarının hər bir açıqlaması və onların Qərbin yüksək rütbəli məmurlarına və onların nümayəndələrinə hücumu qalmaqaldır.

Bütün mütərəqqi dünyada qınanan və kənarlaşdırılan Rusiyaya müxtəlif yollarla dəstək vermək, qəhrəmancasına döyüşən Ukraynaya qarşı çıxmaq qalmaqaldır.

Ölkənin “Kaqebeşnik” üsulları ilə dağıdılmasına son qoymağın vaxtıdır!” –deyə Mixeil Saakaşvili yazır.