Mixeil Saakaşvili - ötən həftə "Vivamed"ə köçəndən bəri qan təhlillərimin ən pis nəticəsi qeydə alındı
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə status dərc edib.
Saakaşvilinin yazdığı kimi, ötən həftə “Vivamed”ə köçəndən bəri qan təhlillərinin ən pis nəticəsi qeydə alınıb.
“Ötən həftə “Vivamed”ə köçəndən bəri qan təhlillərimin ən pis nəticəsi qeydə alındı. Bu gün müalicə edən həkimlər yekdilliklə bunu böyük narahatlıqla mənə danışırdılar.
Elə ötən həftə klinikanın rəhbərliyi Strasburqa bütün həyati göstəricilərin normal olduğuna dair məlumat göndərdi. Təbii ki, bizim alternativ təhlillər aparmaq imkanımız yox idi.
Eybi yox, Rusiyanın dağılması ilə birlikdə qurbanı olduğum bu yalan maşını da mütləq sona kimi dağılacaq.
Çalışacağam ki, o günə qədər birtəhər həyatda qalım”-deyə Saakaşvili yazır.