Mixeil Saakaşvili, Ukraynanın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən, məhkəmədə dəlil olaraq, təqdim edilən, onun Sergey Kurçenko ilə telefon söhbətinin doğruluğu haqqında müzakirələri, komediya adlandırır.
Gürcüstanın sabiq prezidenti bəyan edir ki, o telefon söhbəti falsifikasiyadır.
Ukrayna iqtidarının apardığı istintaqa görə, Mixeil Saakaşvilinin dəstəsini, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç və onun nümayəndəsi olan Sergey Kurçenko maliyyələşdirir.
“Mənim Kurçenko ilə bu dialoqum olmayıb, ancaq olsaydı belə, orada söhbət nə hökümət çevrilişindən, nə də maliyyələşdirilmədən getmir. Bu dialoqun falsifikasiyası Sovet dövrünün axmaq praktikasını xatırladır”, – dedi Saakaşvili.
Saakaşvili bəyan etdi ki, onun məhkəmə prosesi bir komediyadır.
Xatırladaq ki, Gürcüstanın sabiq prezidenti və Odessa əyalətinin sabiq qubernatoru Mixeil Saakaşviliyi Ukrayna iqtidarı təşkil edilən cinayətlər qrupu ilə əməkdaşlıq etməklə ittiham edir.