Mixeil Saakaşvili - məni heç nə sındıra bilməz, indi qəzəblənmək və mübarizə vaxtıdır
Məni heç nə sındıra bilməz, indi qəzəblənmək və mübarizə vaxtıdır – bu barədə Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazır.
“Məni heç nə sındıra bilməz, indi qəzəblənmək və mübarizə, bütün qüvvələri birləşdirmək vaxtıdır, Rusiyaya təslim edəcək Gürcüstanımız yoxdur”-deyə Saakaşvili yazır.
Məhkəmə vəkillərin Mixeil Saakaşvilinin cəzasının təxirə salınması və ya azadlığa buraxılması haqqında vəsatətini təmin etməyib.