Mixeil Saakaşvili – Mən gürcü mühacirlərinə müraciət edirəm, pulunuzu yığın, məzuniyyət götürün və ölkənizə bir gün vaxt ayırın, əgər gəlsəniz, söz verirəm ki, buradan qalib gedəcəksiniz
Mən gürcü mühacirlərinə müraciət edirəm, gələn hər kəsə təşəkkür edirəm, Rustaveli prospektində mübarizə edənlərə də, həbsxanamın yanında dayananlara da. Bütün dünyada aksiyalat təşkil edənlərə də minnətdaram.Mən gürcü mühacirlərinə müraciət edirəm, pulunuzu yığın, məzuniyyət götürün və ölkənizə bir gün vaxt ayırın, əgər gəlsəniz, söz verirəm ki, buradan qalib gedəcəksiniz, – deyə Mixail Saakaşvilinin vəkili Valeri Qelbaxianinin jurnalistlərə təqdim etdiyi məktubunda deyilir.
Onun sözlərinə görə, əgər mühacirlər onu dəstəkləmək üçün Gürcüstana gəlsələr, o, böyük qələbə vəd edir.
“İndi Gürcüstana heç gəlməmiş hər kəsə müraciət edirəm. Hazırlaşın, pulunuzu yığın, məzuniyyət götürün və ölkənizə bir gün ayırın. Həmin bir gün tezliklə gələcək. Amma bir gün Tbilisiyə gəlmək lazım olacaq. Gəlsəniz, söz verirəm, qalib gedəcəksiniz”, – məktubda deyilir.