Mixeil Saakaşvili Maydanda xalqın güllələnməsi ilə bağlı sorğulandı
Mixeil Saakaşvili Maydanda xalqın güllələnməsi ilə bağlı sorğulandı

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili, Ukraynanın baş prokurorluğu tərəfindən, Maydanda insanların güllələnməsi ilə bağlı sorğulandı.

Bu məlumatı Mixeil Saakaşvilinin özü təsdiqlədi.

Onun dediyinə görə, yanvarın 9-da onun sorğulanması iki saat davam edirdi.

“Yeni qüvvələr hərəkatının” lideri Mixeil Saakaşvili jurnalistlərə bəyan etdi ki, müstəqilliyini əldə etdikdən sonra Ukraynada üç əsas cinayət açılmayıb.

“Maydanda insanların güllələnməsi ilə bağlı sorğulandlm, yəqin ki, yaxında Roma İmperiyasının dağılması məsələsi ilə bağlı da məni sorğulayacaqlar. Halbuki müstəqilliyini əldə etdikdən sonra, Ukraynada üç əsas cinayətin üstü açılmayıb: Giorgi Ğonğadzenin qətli, prezident Yuşenkonun zəhərlənməsi, və Maydanda xalqın gülləyə tutulması.

Bütün bunlardan irəli gələrək, ancaq bir qərara gəldim ki, iqtidarda elə cinayətkarlar var, hansılar ki, bu işlərin açılmasına mane olurlar. Maydanda insanların güllələnməsi ilə bağlı məni sorğuladılar, çünki Silvio Berluskoni film sifariş edib, hansına əsasən, guya mən gürcü snaiperlərinə, xalqı güllələmə əmri vermişəm” – dedi Mixeil Saakaşvili.