Mixeil Saakaşvili Levan Xabeişvilini sədr seçilməsi münasibəti ilə təbrik edir - Gürcüstanda siyasi fəaliyyətlə məşğul olmağı planlaşdırmıram, lakin Ukraynadan və başqa yerlərdən sənə hər zaman dəstək olacağam

“Milli Hərəkat”ın yeni sədri Levan Xabeişvili sosial şəbəkədə Mixeil Saakaşvilidən məktub aldığını yazır.

Xabeişvili Saakaşviliyə göstərdiyi dəstəyə görə təşəkkür edir.

“Əsirlikdə və ən ağır vəziyyətdə olan üçüncü prezidentin məktubu. Dəstək və xoşniyyətliliyə görə prezidentə təşəkkür edirəm. Mişanın, Nikanın, siyasi məhbusların və ölkəmizin azadlığı uğrunda barışmaz və olduqca çətin mübarizəyə hazıram” – deyə Levan Xabeişvili yazır və Mixeil Saakaşvilinin məktubunu dərc edir.

“Levan Xabeyə. Təbrik edirəm, qardaş. Səni ən yaxın adamım və böyük potensiala malik siyasətçi hesab edirəm. Gürcüstanda heç bir siyasi fəaliyyətlə məşğul olmaq niyətində deyiləm, lakin Ukraynadan və başqa yerlərdən hər zaman sənə dəstək olacağam. Sənə sarılıram”-deyə Mixeil Saakaşvilinin məktubunda qeyd olunub.