Mixeil Saakaşvili - xırda incikliklərlə, şəxsi ambisiyalarla iş görmək olmaz, birlik şəraitində qələbə qaçılmazdır, hər bir gündən aktiv şəkildə mübarizə aparmaq üçün istifadə etmək niyətindəyəm
Xırda incikliklərlə və şəxsi ambisiyalarla iş görmək olmaz. Əminəm ki, birlik şəraitində qələbə qaçılmazdır – bu barədə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazır.
Saakaşvilinin yazdığı kimi, o, həbsdə olduğu hər gündən aktiv şəkildə mübarizə aparmaq niyyətindədir.
“Partiyanı güclü saxlamaq üçün mənim adımdan Sopo Caparidzenin “Vahid Milli Hərəkat”ın bütün üzvləri və rəhbərliyi ilə birlikdə işləməsini bəyənirəm. İstənilən süni parçalanma, əlaqənin kəsilməsi, saxta mövzuların irəli atılması düşmənimizin oyunudur və düşməni sevindirməməliyik. Partiyanın parçalanmasına çalışanları xalq bağışlamayacaq, nə mən, nə də bizim xalqımız buna imkan verməyəcək. İqtidarın əsas probleminin “Vahid Milli Hərəkat” olmasına, məncə, dünən Çoxatauridə də əmin olduq. Xırda incikliklərlə və şəxsi ambisiyalarla iş görmək olmaz. Əminəm ki, birlik şəraitində qələbə qaçılmazdır. Mən bu əsarətin bütün günlərindən belə, mübarizə aparmaq və Gürcüstanı rusların iqtidarından azad etmək üçün aktiv şəkildə istifadə etmək niyyətindəyəm” – Mixeil Saakaşvili yazır.