Mixeil Saakaşvili - heç bir vəkilimə heç vaxt zəhərlənmədən şübhələndiyimi söyləməmişəm, bu mövzuda spekulyasiyalar yersizdir
Heç bir vəkilimə heç vaxt zəhərlənmədən şübhələndiyimi söyləməmişəm – bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazır.
O , bu məsələ ilə bağlı spekulyasiyaların yersiz olduğunu bildirir.
“Bildirmək istəyirəm ki, heç bir vəkilimə heç vaxt zəhərlənmədən şübhələndiyimi söyləməmişəm. Bu mövzuda spekulyasiyalar yersizdir. Tibb ictimaiyyətinə göstərdikləri dəstəyə görə təşəkkür etmək istərdim. Onların peşəkar dəstəyini həqiqətən yüksək qiymətləndirirəm. Səhhətim həqiqətən də pisləşir və son iki ayda daha da pisləşib. “Vivamed”in həkimləri səylərini əsirgəmirlər. Mütəxəssislərə etibar etmək vacibdir və bu məsələni həddindən artıq siyasiləşdirməyə ehtiyac yoxdur. Bir daha hər kəsə minnətdaram” -deyə Mixeil Saakaşvili yazır.