Mixeil Saakaşvili - heç bir repressiya, hətta ölüm təhlükəsi, mübarizəmi dayandıra bilməz
Mixeil Saakaşvili - heç bir repressiya, hətta ölüm təhlükəsi, mübarizəmi dayandıra bilməz

Heç bir repressiya, hətta ölüm təhlükəsi, mübarizəmi dayandıra bilməz, – bu barədə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili öz “feysbuk” səhifəsində yazır.

Mixeil Saakaşvili Gürcüstan hakimiyyətini Saakaşvilinin müvafiq tibbi yardım ala biləcəyi Avropa ittifaqı üzv dövlətlərindən birinə köçürülməsinə dəstək verməyə çağıran Avropa Parlamentinin deputatlarına təşəkkürünü bildirir.

“Böyük həmrəyliyə görə Avropa Parlamentinin deputatlarına böyük təşəkkürlər edirəm. Görün, səhərdən buralı rus dövləti danışanları necə oyandılar – görünür, narahat olmuş birbaşa Rusiyadan zəng etdilər. Heç bir repressiya, hətta ölüm təhlükəsi, mənim azadlıq, Avropa, Ukraynanın qələbəsi, Gürcüstanın inkişaf və uğur yoluna qayıtması uğrunda mübarizəmi dayandıra bilməz”, – Saakaşvili yazır.