Mixeil Saakaşvili - Gürcüstanın necə dövlət olması barədə düşüncələrinizi bildirin, mənim əsas vəzifəm sizin sadiq xidmətçiniz olmaqdır
Qarşıda bizi çox çətin proseslər gözləyir, ona görə də biz heç vaxt olmadığı kimi daha çox bir yerdə olmalıyıq. Ölkəmiz böyük çağırışlarla üz-üzədir, siz gürcü xalqı olmadan bütün bunları aradan qaldırmaq və müasir Gürcüstan qurmaq mümkün deyil – bu barədə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazır.
Saakaşvili insanların problemlərini dinləməyə, onların ideya və planlarını bölüşməyə hazır olduğunu deyib.
“Hamının iştirakı ilə biz uğurlu Gürcüstan qurmalıyıq, elə bir Gürcüstan ki, oradan mühacirətə qaçmayacaqlar, əksinə, soydaşlarımız daha yaxşı gələcək üçün öz vətənlərinə qayıdacaqlar.
Bir çox istedadlı və uğurlu vətəndaş bu gün susur. Sizə müraciət etmək istəyirəm: hər kəsin fikri önəmlidir, Gürcüstanın necə dövlət olması barədə düşüncələrinizi bildirin. Bu gün mən Putinin əsirliyindəyəm, amma məqsədim dəyişməz olaraq qalır. Mənim əsas vəzifəm sizin sadiq xidmətçiniz olmaqdır – sizin üçün və sizinlə! Bizim üçün imkansız heç nə yoxdur! Ən gözəl günlərimiz irəlidədir. Qələbə yaxındır!” – Mixeil Saakaşvili yazır.
Sopo Caparidze dünən Mixeil Saakaşvilinin adından seçki kampaniyasına başladığını elan edib.