Mixeil Saakaşvili - gürcü xalqının Rusiyadan azad olunmasına kömək etməyi, bundan sonra mümkünsə öz evimə, Ukraynaya qayıtmağı və Zelenskinin ölkəni dirçəltməsinə kömək etməyi öz missiyam olaraq görürəm
Ukraynanın tərəfində olan hər kəs Avropanın, azadlığın, ərazi bütövlüyünün, tarixin doğru tərəfindədir-bu barədə Mixeil Saakaşvili sosial şəbəkədə yazır.
Saakaşvili bildirib ki, “təkcə Rusiya ordusunun deyil, Putinin də sayılı günləri qalıb”.
“Biz hamımız mübarizəni davam etdirməli və X məqamına hazırlaşmalıyıq. Gürcü xalqının şəxsi fədakarlıq bahasına olsa belə, nəhayət, Rusiyadan və onun qalıqlarından azad olunmasına kömək etməyi, bundan sonra mümkünsə öz evimə, Ukraynaya qayıtmağı və Zelenskinin komandasına ölkəni dirçəltməyə kömək etməyi öz missiyam olaraq görürəm”-deyə Saakaşvili yazır.