Mixeil Saakaşvili - əsas vəzifə ərazi bütövlüyünü bərpa etməkdir, bunu bizə unutdururlar və onlar bizi abxazlardan az qala üzr istəməyə məcbur edirlər, üzr istəyəcək heç nəyimiz yoxdur
Gürcüstanın əsas vəzifəsi ərazi bütövlüyünü bərpa etməkdir. Bunu bizə unutdururlar və onlar bizi abxazlardan az qala üzr istəməyə məcbur edirlər. Üzr istəyəcək heç nəyimiz yoxdur -bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili uzaqdan məhkəmə bağlantısında açıqlayıb.
Mixeil Saakaşvili bildirib ki, Gürcüstan öz ərazi bütövlüyünü bərpa etməlidir.
“Gürcüstanın əsas vəzifəsi ərazi bütövlüyünü bərpa etməkdir. Bunu bizə unutdururlar və onlar bizi abxazlardan az qala üzr istəməyə məcbur edirlər. Üzr istəyəcək heç nəyimiz yoxdur. Təbii ki, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik, Abxaziyaya və Sxinvali bölgəsinə qayıtmalıyıq” – deyə Mixeil Saakaşvili açıqlayıb.