Mixeil Saakaşvili - dünən sistem dünyanın görməsi üçün simasını büsbütün ortaya qoydu, Rusiya da daxil olmaqla dünyanın hər hansı bir ölkəsində bu cür vəhşilik və mənfurluq görmüsünüzmü?
Dünən sistem dünyanın görməsi üçün simasını büsbütün ortaya qoydu – bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin məktubunda deyilir.
“Vivamed” klinikasında sabiq prezidenti ziyarət edən vəkili Mixeil Saakaşvilinin məktubunu jurnalistlərə təqdim edib.
“Özünü ləyaqəti olan insan hesab edən hər kəsə müraciət etmək istəyirəm, insanlığınıza ümid edirəm. Rusiya da daxil olmaqla dünyanın hər hansı bir ölkəsində bu cür vəhşilik və mənfurluq görmüsünüzmü? Mənim ən çox quldur dəstəsi tərəfindən girov götürülən və hər cür terrora məruz qalan tibb işçilərinə yazığım gəlir. Başıma nə gəlirsə-gəlsin, ən az günahı həkimlər daşıyır və heç kim onların əl-üzünü yumağa çalışmasın.
Mənə gəlincə, anonsunu verdiyiniz qətl planını həyata keçirə bilərsiniz, lakin məni sındıra bilməzsiniz” -deyə Saakaşvili yazır.