Mixeil Saakaşvili azadlıq uğrunda mübarizəyə verdiyi töhfəyə görə Polşanın ən yüksək mükafatlarından biri olan “Prometey” mükafatına layiq görüləcəyini açıqlayır
Aprelin 14-də Mixeil Saakaşvili azadlıq uğrunda mübarizəyə verdiyi töhfəyə görə Polşanın ən yüksək mükafatlarından biri olan “Prometey” mükafatına layiq görüləcək- bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin sosial şəbəkəsində məlumat yayılır.
“Varşavada mükafatlandırma mərasiminə Ukrayna, Gürcüstan və Fransadan nümayəndə heyətləri dəvət olunub. Həmçinin Polşa hakimiyyəti ən yüksək səviyyədə təmsil olunacaq” -deyə Saakaşvilinin “Facebook” səhifəsində dərc olunmuş postda qeyd edilib.