Mixeil Saakaşvili - Ayrı-ayrı elementlər kilsəmizə və onun sağlam nüvəsinə olan inamımı sarsıda bilməz
Ayrı-ayrı elementlər kilsəmizə və onun sağlam nüvəsinə olan inamımı sarsıda bilməz- Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili bu haqda sosial şəbəkədə yazır.
“Kilsə rəhbərləri Mixeil Saakaşvilinin azad edilməsini tələb edirlər. Möhtərəm İobi, kiminsə razılaşıb-razılaşmamasından asılı olmayaraq kilsəmizin çox layiqli nümayəndəsidir və çoxsaylı möminləri arasında layiqli nüfuza malikdir. 2003-cü ilin əvvəlində o, bizə gələcək mübarizəmiz üçün xeyir-dua verəndə keçirilən görüşümüzü heç vaxt unutmayacağam. Bildiyimə görə, bu xüsusi xütbə zamanı DTX kilsəyə toplaşan insanların telefonlarının səsini kəsib.
Bir neçə həftə əvvəl isə prezident olduğum müddətdə məndən heç nə istəməyən möhtərəm mənə təsəlli vermək üçün klinikaya gəlmişdi və DTX-nın nümayəndələri utanmadan yalan danışaraq onu görmək istəmədiyimi deyərək geri göndərdilər.
Davitoba günündə möhtərəmin keçirilən xütbəsini ört-basdır etmək üçün DTX ilə sıx əlaqədə olduğu bilinən iki keşiş bunun əksini söyləmləri üçün gətirildi, lakin bu ayrı-ayrı elementlər kilsəmizə və onun sağlam nüvəsinə olan inamımı sarsıda bilməz”- Mixeil Saakaşvili bildirir.