Mixeil Saakaşvili - avropalı parlamentarilərdən aclıq aksiyasına son qoymağım üçün ismarıc aldım, uzun aylar boyu qeyri-müvafiq rəftarın qurbanı oldum, bunu Nobel mükafatı laureatları da təsdiqlədilər
İndi avropalı parlamentarilərin özümə şəxsən zərər vurduğuma dair aidiyyatı xidmətlərə bəhanə verməmək üçün məndən aclıq aksiyasını bu mərhələdə dayandırmağı qətiyyətlə tələb etdikləri ismarıc aldım – bu barədə sabiq Gürcüstan prezidenti Mixeil Saakaşvilinin məktubunda deyilir.
Bununla yanaşı, Saakaşvili məktubda bildirir ki : “uzun aylar ərzində qeyri-müvafiq rəftarın qurbanı olub və bunu dünyanın ən yaxşı ekspertləri, o cümlədən Nobel mükafatı laureatları da təsdiqləyib”.
“İndi avropalı parlamentarilərin özümə guya şəxsən zərər vurduğuma dair aidiyyatı xidmətlərə bəhanə verməmək üçün məndən aclıq aksiyasını bu mərhələdə dayandırmağı qətiyyətlə tələb etdikləri ismarıc aldım. Eyni zamanda, avropalı parlamentarilər minimum hüquqlarımın qorunmasını təmin etmək üçün bütün diplomatik səyləri səfərbər edəcəklərini vəd edirlər.
Mən zorla yemədiyimə görə deyil, zəhərləndiyimə görə pisəm ki, bu da avropalı parlamentarilərin müzakirəsində öz əksini tapıb, çünki uzun aylar ərzində qeyri-müvafiq rəftarın qurbanı olmuşam və bunu dünyanın ən yaxşı ekspertləri, o cümlədən Nobel mükafatı laureatları da təsdiqləyib ” -deyə vəkil Vaxtanq Baramaşvili tərəfindən oxunan Mixeil Saakaşvilinin məktubunda deyilir.