Mixeil Saakaşvili - Aİ-nin nəzarəti altında gürcü xalqının iradəsini ifadə edən seçkilər keçirmək üçün texniki hökumət yaradılmalıdır
Aİ-nin nəzarəti altında gürcü xalqının iradəsini ifadə edən seçkilər keçirmək üçün texniki hökumət yaradılmalıdır-bu barədə
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazır.
” Bütün mübarizə yoldaşlarımı və “Milli Hərəkat”ın tərəfdarlarını, eləcə də bütün vətənpərvərləri bugünkü aksiya ilə məhdudlaşmamağa çağırıram. Bizi, kiminsə məcbur edilməsinə, mərhəmət gözləməyə çağıranların hamısı bizdən praktiki olaraq özümüzü növbəti dəfə aldatmağımızı xahiş edirlər.
Avropa gələcəyimizin taleyi öz əlimizdədir. Avropa bizə ilin sonuna qədər vaxt verdi. De-oliqarxizasiyanın baş verməsi üçün, oliqarxın hökumət timsalında əsas aləti əlindən alınmalıdır. Avropa İttifaqının nəzarəti altında gürcü xalqının iradəsini ifadə edən seçkilər keçirmək üçün texniki hökumət yaradılmalıdır” -deyə Mixeil Saakaşvili yazır.