Mixeil Saakaşvili -Ən çox "Prezident idi və yəqin ki, səhv nəsə edib" deyənləri başa düşmürəm, onların məni ittiham etdikləri heç nəyi törətməmişəm
Mixeil Saakaşvili -Ən çox "Prezident idi və yəqin ki, səhv nəsə edib" deyənləri başa düşmürəm, onların məni ittiham etdikləri heç nəyi törətməmişəm

 
Xalq müdafiəçisinin konsiliumunun rəyi dərc olundu. Bundan əvvəl İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi praktiki olaraq belə qənaətə gəldi ki, olduğum şəraitdə məni sağaltmaq əslində mümkün deyil, amma əsas olan mənim sağlamlıq vəziyyətim deyil, Gürcüstana gələndə bilirdim ki, həyatımı təhlükəyə atıram-bu haqda Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili açıqlayıb.

Saakaşvili, tarixi ədalət hissinə ümid etdiyini bildirib.

“Əsas olan mənim və bir çox başqa insanın başına gələn ədalətsizlikdir. Ən çox da insanların bu ədalətsizliyə öyrəşməyini istəmirəm. Ən çox “Prezident idi və yəqin ki, səhv nəsə edib” deyənləri başa düşmürəm. Onların məni ittiham etdikləri heç nəyi törətməmişəm. Mən xalqımızın əksəriyyətinə və ümumən tarixi ədalət hissinə arxalanıram. Bədənimdə ruhum olduğu boyunca mən tarixi ədalət və gürcülərin və ukraynalıların daha yaxşı gələcəyi üçün mübarizəni bir saniyə belə olsun dayandırmayacağam. Bu mübarizə uğrunda olduqca rahat və hörmətlə çevrələnmiş mühiti, şəxsi həyatımı bir kənara qoydum, çünki hiss edirdim ki, gürcü xalqının acınacaqlı vəziyyətinə, Gürcüstanın necə məhv edildiyinə bir kənardan baxa bilməzdim. Hər cür istehzadan, zəhərlənmədən, onurğa zədələrindən keçdim və yenə də təslim olmadım. Əslində biz çoxluğuq, böyük əksəriyyətik. Əsas odur ki, bir-birimizi görək, gücümüzə inanaq, heç kimə üzərimizdən keçməsinə və bizi məhv etməsinə imkan verməyək. Biz qalib gələcəyik” – Saakaşvili yazır.