Mixeil Msvildadze barəsində cinayət işini Xüsusi İstintaq Xidməti araşdıracaq
Mixeil Msvildadzeyə qarşı zorakılıq faktı üzrə Gürcüstan Mülki Məcəlləsinin 126-cı maddəsinin birinci hissəsi ilə başladılan cinayət işi Xüsusi İstintaq Xidməti tərəfindən araşdırılacaq. Bu barədə Xüsusi İstintaq Xidmətinin açıqlamasında bildirilir.
“Gürcüstanın baş prokurorunun qərarına əsasən, cinayət işi Daxili İşlər Nazirliyindən çıxarılaraq araşdırılması üçün Xüsusi İstintaq Xidmətinə təhvil verilib.
Xüsusi İstintaq Xidməti iş üzrə bütün zəruri istintaq və prosessual hərəkətləri həyata keçirəcək” – Xüsusi İstintaq Xidmətinin açıqlamasında bildirilir.